“Avroviziya 2023"ün keçiriləcəyi yer məlum oldu

“Avroviziya 2023"ün keçiriləcəyi yer məlum oldu
25 iyul 2022
# 16:20

“Avroviziya 2023” mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

Təşkilat yarış iştirakçılarının, əməkdaşların və təşkilatçıların təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən məsuliyyəti nəzərə alaraq, bu qərarı verib. EBU ev sahibi ölkədə müvafiq şəraitin təmin edilməsi istiqamətində işlərin dərhal başlamalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Ukrayna 631 xalla “Avroviziya- 2022” mahnı müsabiqəsinin qalibi olmuşdu. Təşkilat “Avroviziya -2023”ün Ukraynadan keçiriləcəyi ilə bağlı qərar da qəbul etmişdi.

# 1192 dəfə oxunub

Müəllifin son yazıları

# # #