"Avatar 3"ü çəkməyi planlaşdıran Kemeron - "Əvvəlkilər sadəcə giriş idi"

"Avatar 3"ü çəkməyi planlaşdıran Kemeron - "Əvvəlkilər sadəcə giriş idi"
6 yanvar 2023
# 14:00

Dünyaca məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin təfərrüatlarını açıqlayıb.

Kulis.az xəbər verir ki, rejissor növbəti seriyada hamıdan fərqli bir Navi qəbiləsini nümayiş etdirəcəyini bildirib.

“İlk seriyalarda insanlar mənfi, Navi qəbiləsinin nümayəndələri isə müsbət obrazlardır. "Avatar 3"də bunun əksini edəcəyik” deyə, o etiraf edib.

Kemeron yeni bölümdə izləyicilərin əvvəllər görmədiyi Pandora (filmdə hadisələrin cərəyan etdiyi planet) mədəniyyətlərini, o cümlədən döyüşkən atəş tayfasını göstərəcəyini vəd edib.

Rejissorun sözlərinə görə, növbəti bölümlər ən yaxşıları olacaq:

“Biz əsas personajların hekayəsini davam etdirərək yeni dünyaları kəşf edəcəyik. Deyə bilərəm ki, son bölümlər ən yaxşısı olacaq. Ondan əvvəlkilər isə sadəcə giriş, bir ana yemək üçün süfrə hazırlığı idi”.

/axşam.az/

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

# # #