“Avatar 3” filminin nümayiş tarixi açıqlandı

“Avatar 3”  filminin nümayiş tarixi açıqlandı
7 fevral 2024
# 10:11

“Avatar” film seriyasının üçüncü filminin nümayiş tarixi açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, kanadalı rejissor Ceyms Kameronun çəkdiyi ekran əsərinin premyerası 2025-ci ildə keçiriləcək.

Filmdə rolları Mişel Yeo, Sem Uorninqton və Zoe Saldana canlandırır.

Qeyd edək ki, “Avatar: Su Yolu ” filmi 2,3 milyard dollardan çox gəlir əldə edib.

# 346 dəfə oxunub

Müəllifin son yazıları

# # #