"Aslan Hürkuş 3: Feniks adası" filminin nümayiş tarixi açıqlandı

"Aslan Hürkuş 3: Feniks adası" filminin nümayiş tarixi açıqlandı
1 noyabr 2023
# 15:05

"Aslan Hürkuş 3: Feniks adası" animasiya filminin nümayiş tarixi açıqlanıb.

Kulis.az xəbər verir ki, film noyabrın 10-da yayımlanacaq.

Filmin rejissoru Sinan Güngör, prodüseri Murat Kayadır.

Film "TRT çocuk"un layihəsi çərçivəsində çəkilib.

Animasiya filminin məqsədi məktəbli uşaqlara aviasiya sevgisini aşılamaq, onları inkişaf edən milli texnologiya haqqında məlumatlandırmaqdır.

# 716 dəfə oxunub

Müəllifin son yazıları

# # #