"Aşiq qadınlar"ın ulduzu vəfat etdi

"Aşiq qadınlar"ın ulduzu vəfat etdi
16 iyun 2023
# 14:53

Britaniyalı aktrisa Qlenda Cekson vəfat edib.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, aktrisa Londondakı evində qısamüddətli xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qlenda iki dəfə "Oskar" mükafatına layiq görülüb. Aktrisa 80-ci illərin sonlarında karyerasına uzun müddət fasilə verərək 23 il Britaniya parlamentində işləyib. O, 2015-ci ildə siyasi karyerasını bitirərək yenidən ekranlara qayıdıb. "Emmi" və "Toni" mükafatları alan Qlenda son olaraq "Elizabeti tap" filmində rol alıb.

# 757 dəfə oxunub

Müəllifin son yazıları

# # #