Aşıq Ələsgərin heykəlinin hazırlanması ilə bağlı müsabiqə keçiriləcək

Aşıq Ələsgər

Aşıq Ələsgər

6 dekabr 2021
# 10:52

“Ən qısa müddətdə Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsi keçiriləcək”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Heykəltəraşlar tərəfindən təqdim edilən eskiz-layihələrə Ekspert Komissiyası tərəfindən baxıldıqdan sonra abidənin hansı heykəltəraş tərəfindən hazırlanacağı məlum olacaq.”- məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın 30-da Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.


# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #