Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri açıqlandı

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri açıqlandı
1 fevral 2023
# 17:30

Aşıq Ələsgərin abidəsi ilə bağlı elan olunmuş heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Heykəltaraşlıq müsabiqəsinə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

1-ci yerə Natiq Əliyev, 2-ci yerə Xanlar Əhmədov və 3-cü yerə Kamran Əsədov layiq görülüb.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən keçirilib.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #