“Arts Council Azerbaijan” növbəti plener keçirdi

“Arts Council Azerbaijan”  növbəti plener keçirdi
12 iyun 2024
# 16:00

“Arts Council Azerbaijan”ın Mərdəkan qəsəbəsində yerləşən iqamətgahında “Açıq səma altında” layihəsi çərçivəsində iyun plener sessiyası keçirilib.

Kulis.az xəbər verir ki, ənənəyə uyğun olaraq, səhər saatlarında aralarında həm gənc rəssamların, həm də yaşlı nəslin ustalarının olduğu plener iştirakçıları açıq havada çalışıblar.

Plenerdə rəssamlar Dadaş Məmmədov, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Samirə Faizova, Ruslan Rüstəmov, Aliyə Əsədullayeva və Nailə Məhərrəmova iştirak ediblər.

# 348 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #