“Arşın mal alan”ın bolqar dilində premyerası keçirildi

“Arşın mal alan”ın bolqar dilində premyerası keçirildi
24 mart 2022
# 14:30

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.

Kulis.az xəbər verir ki, operettanın bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət və ictimai-siyasi nümayəndələri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, həmçinin diaspor əməkdaşları iştirak ediblər.

Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

# 1323 dəfə oxunub

Müəllifin son yazıları

# # #