ARKA tələbə filmlərinə 167 min manat ayıracaq

ARKA tələbə filmlərinə 167 min manat  ayıracaq
12 iyun 2024
# 15:30

Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan kinosunun gələcək perspektivləri istiqamətində yeni layihəyə imza atıb. Tələbə filmlərinin istehsalına dəstək vermək üçün müqavilələr bağlanıb.

Kulis.az xəbər verir ki, bir müddət əvvəl azərbaycanlı tələbələr Murad Sükürlünün “Bir vaxtlar Sabunçud” və Mixail Abdulovun “Lent” filmlərinin Qazaxıstanda Farabi Film Festivalında mükafata layiq görülməsi Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.

ARKA kino təhsili alan azərbaycanlı təbələrin filmlərinin müxtəlif beynəlxalq festivallarda təmsil olunmasını onlar uçun stimul, məsuliyyət, istedadlarını nümayiş etdirmək üçün bir meydan hesab edir. “Bu mənada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyasının yarandığı dövrdən bəri ilk dəfə ARKA-dan aldığı maddi dəstəyin, tələbə studiyasının işində əsaslı dönüş yaradacağına inanırıq”.

Qeyd edək ki, gənclərdən ibarət “Alternativ Kino Akademiyası”nın yaradılması, müasir kinematoqrafiyada gedən proseslerin yaxından izlənilməsi və öyrənilməsi, dünya kino bazarına çıxış imkanlarının araşdırılması, müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrin yaradılması istiqamətində memorandumların imzalanması, milli kinoya müasir dövrə uyğun yanaşma, Azərbaycan kinosunun dünyada, dünya kinosunun Azərbaycanda tanıdılması və təliği istiqamətində layihələrin hazırlanması və digər həlli vacib məsələlər ARKA-nın fəaliyyətinin əsasını təşkil edir. Bu sıradan ARKA və “Tədris-film” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı üçün kifayət qədər vəsait ayrıldı.

İstehsal olunacaq layihələr: “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə biməyən adam”, “Çağrılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” layihələridir.

# 552 dəfə oxunub

Müəllifin son yazıları

# # #