Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq

Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
21 yanvar 2026
# 12:40

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – o bildirib.

Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.

Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər