Aqata Kristinin romanı ekranlaşdırılır

Aqata Kristinin romanı ekranlaşdırılır
23 fevral 2023
# 13:00

BBC şirkəti Aqata Kristinin “Öldürmək asandır” romanını televiziya üçün ekranlaşdıracaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yeni ekran əsərinin rejissoru Britaniya-Hindistan kinematoqrafı Muni Zaur olacaq.

Filmdə rolları kimlərin ifa edəcəyi hələ bildirilmir. Çəkilişlər yayda başlanacaq.

Romanın süjetinə görə, Lyuk Fitsvilyam adlı bir gənc və miss Pinkerton adlı yaşlı xanım qatarda yol yoldaşı olur. Miss Pinkerton özünün yaşadığı kənddə törədilmiş silsilə qətllər barədə məlumat vermək üçün Skotlend-Yarda gedir. Onu avtomobil vurur və nəzərdə tutduğu işi Lyuk öz üzərinə götürməli olur.

# 763 dəfə oxunub

Müəllifin son yazıları

# # #