APA TV-nin hazırladığı filmlər beynəlxalq festivalın finalında yarışacaq

APA TV-nin hazırladığı filmlər beynəlxalq festivalın finalında yarışacaq
21 oktyabr 2022
# 15:40

APA Tv-nin istehsalı olan “Mətbuat günü” və “28 May” sosial çarxları 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsinin finalçıları sırasına düşüb.

APA-nın xəbərinə görə, yerli müsabiqədə yarışacaq 40 ekran işinin 11-i bədii, 8-i sənədli, 11-i sosial çarx, 10-u isə tələbə filmidir.

Hər iki sosial çarxın ideya və ssenari müəllifi Orxan Məmmədli, rejissoru Ruslan Mollayevdir.

Qeyd edək ki, Ruslan Mollayevin “Sınaq” adlı digər işi də “Tələbə filmi” kateqoriyasında finalda yarışır.

# 1711 dəfə oxunub

Müəllifin son yazıları

# # #