APA İnformasiya Agentliyinin Fars dili xidməti fəaliyyətə başlayıb.
Kulis.az xəbər verir ki, Fars dili xidməti Azərbaycanda, regionda və dünyada gedən siyasi proseslər, baş verən mühüm hadisələr, gündəm xəbərlərini fars dilli oxuculara, o cümlədən İran auditoriyasına çatdırmağı qarşısına məqsəd qoyub.
Xidmət oxucularına siyasət, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrə aid gündəlik xəbərlər, eyni zamanda analitik yazılar təqdim edir.
- “Yoxluğunun cazibə qüvvəsi”nin təqdimatı olacaq
- Şəhriyar del Gerani: "AYB-nin açıqlamasındakı bütün cümlələri rədd edirəm"
- "Kitabi-dədə Qorqud" haqqında bildiklərimiz və bilmədiklərimiz...
Fars dili redaksiyası foto və videoyayım xidməti də həyata keçirir.
Fars dilində materialları fa.apa.az səhifəsində oxuya bilərsiniz.
Bundan başqa, xidmətin X və Teleqram platformalarında da səhifələri var.