Antonio Banderas kriminal avtoritet roluna çəkiləcək.
Kulis.az “collider.com”a istinadən xəbər verir ki, "Banşinin qisası" trillerinin yaradıcıları ilə əməkdaşlığı davam etdirən aktyor "Clean-Up Crew" adlı yeni filmdə rol alacaq.
Əsas rolları Antonio Banderasla birlikdə Conatan Riz Meyers və Melissa Leo canlandıracaqlar. Filmin rejissoru Con Keyes, ssenari müəllifi isə Metyu Rocersdir.
Film 2022-ci ilin sentyabrında Toronto film festivalında təqdim ediləcək.