Ankarada “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı oldu

Ankarada “Kilsəyə çevrilən türk abidələri”  üçcildliyinin təqdimatı oldu
29 fevral 2024
# 14:00

Türkiyənin Xaricdə Yaşayan Soydaşlar və Əqrəba İcmaları Departamentində “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub. Kitabda indiki Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri dünyanın 19 ölkəsində təməldə türk abidəsi olmuş və sonradan kilsəyə çevrilmiş irs yadigarları haqqında məlumatları ehtiva edir.

Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Kitabın birinci cildində Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, ikinci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya, Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin üçüncü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.

Təqdimat mərasimi çərçivəsində kilsəyə çevrilən qədim türk abidələrinin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub.

# 603 dəfə oxunub

Müəllifin son yazıları

# # #