"Animal Jazz" rok qrupunun Rusiyadakı bütün konsertləri ləğv edildi

"Animal Jazz" rok qrupunun Rusiyadakı bütün konsertləri ləğv edildi
22 iyun 2023
# 19:00

Animal Jazz rok qrupunun Rusiya turu çərçivəsində bütün konsertləri ləğv edilib

Kulis.az xəbər verir ki, bu barədə "Shot" telegram kanalı məlumat verib.

Qastrol səfərində problemlər qrupun solisti Aleksandr Krasovitskinin xarici agent adlandırılmasından sonra başlayıb. "Animal Jazz" musiqiçiləri Rusiyanı “toksik” adlandırıb və buna etiraz olaraq Ukraynanın “Okean Elzy” qrupunun “Without a fight” mahnısını ifa ediblər.

Rokçuların çıxışına qadağa qoyulan sonuncu şəhərlər Moskva və Sankt-Peterburq olub.

# 635 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #