Anım Gününə həsr olunmuş kitab sərgisi açıldı

Anım Gününə həsr olunmuş kitab sərgisi açıldı
27 sentyabr 2024
# 12:30

Milli Kitabxanada “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

# # #