Perulu arxeoloqlar And dağları ilə Amazon meşələrini birləşdirən 3800 illik qədim Peniko şəhərini üzə çıxarıblar.
Kulis.az xəbər verir ki, alimlər Peniko antik şəhərinin eramızdan əvvəl 1800-cü illərə aid olduğunu və bölgənin mühüm mədəniyyətlərarası keçid nöqtəsi kimi xidmət etdiyini bildirirlər.
Tapıntılar arasında mərasim tikililəri, yaşayış sahələri və irriqasiya sistemlərinə dair izlər də var.
Bu mühüm kəşf Perunun paytaxtı Lima yaxınlığında yerləşir. Peniko antik şəhərinin qədim dövrlərdə dağlıq ərazilərdə yaşayan icmalar ilə Amazon xalqları arasında mühüm mədəni və ticarət mərkəzi olduğu ehtimal olunur.
Qeyd edək ki, bu arxeoloji tapıntı, And sivilizasiyaları ilə Amazon mədəniyyətləri arasında sosial və iqtisadi əlaqələrin daha mürəkkəb və qədim olduğunu sübut edir. Araşdırmalar davam edir.