Ancelina Coli BMT-ni sərt tənqid etdi

Ancelina Coli BMT-ni sərt tənqid etdi
23 dekabr 2023
# 12:35

Amerikalı aktrisa və BMT-nin keçmiş xoşməramlı səfiri Ancelina Coli BMT-ni sərt tənqid edib.

Kulis.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Suriyalı jurnalist Vaad Əl-Kateab ilə söhbətində aktrisa, ədalətin bir qrup insan üçün mövcud olduğunu, digər qruplar üçün isə olmadığını, bunun hətta BMT-də də belə olduğunu deyib.

Coli dünyanın müxtəlif şəxslərin, qurumların maraqları ilə idarə edilməsinə diqqət çəkib və bunu çirkin oyun adlandırıb.

Aktrisa həmçinin qeyd edib ki, hökumətlərin, siyasətçilərin verdiyi boş vədlər və bəyanatlar artıq heç nəyi dəyişmir.

Qeyd edək ki, noyabr ayında Ancelina Coli İsrailin Qəzzada Cəbəliya qaçqın düşərgəsinə hücumuna münasibət bildirərək atəşkəs çağırmışdı.

# 834 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #