Anatoli Rudenko Moskvada narkotiklə saxlanıldı

Anatoli Rudenko Moskvada narkotiklə saxlanıldı
18 yanvar 2024
# 17:40

"Тriqqer" və "Kamenskaya" seriallarındakı rolları ilə tanınan aktyor Anatoli Rudenko Moskvada narkotiklə saxlanılıb.

Kulis.az xəbər verir ki, 41 yaşlı sənətçinin getdiyi taksi yol polisi əməkdaşları tərəfindən yoxlama üçün saxlanılıb.

Avtomobilə baxış keçirən zaman bir çanta narkotik tapıblar.

Aktyor çantanı itini gəzdirərkən təsadüfən tapdığını iddia edib və çantanın ovçuların olduğunu düşünüb.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

# # #