Anar: "Yenidən namizədliyimi verəcəyəm"

Anar, Xalq yazıçısı

Anar, Xalq yazıçısı

24 iyun 2022
# 16:12

“Yazıçılar Birliyinin qurultayının sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulur”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

Sədr qurultayda yenidən namizədliyini irəli sürəcəyini bildirib: “Əgər etimad göstərərlərsə, sədrlik fəaliyyətimi davam etdirəcəyəm”.

O, Yazıçılar Birliyinin Nizamnaməsində də hər hansı dəyişikliyin edilməyəcəyini də vurğulayıb.

Qurultayın harada keçiriləcəyi məsələsinə gəldikdə isə Xalq yazıçısı deyib: “Qurultayın Şuşada keçirilməsini istəyərdik, amma Şuşadakı mövcud şərait, qurultay üçün lazımi zalın olmaması planımızı dəyişdi. Ona görə də qurultay ya Bakıda, ya da Şabranda, tikintisi bitmək üzrə olan Yaradıcılıq Evində keçiriləcək”.

# 1493 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #