Anam məni daş doğmadı - Günün şeiri

Anam məni daş doğmadı - Günün şeiri
22 iyul 2025
# 10:05

Bu gün tanınmış şair Akif Səmədin doğum günüdür.

Kulis.az bu münasibətlə şairin "Adəmdən Akif Səmədə" şeirini təqdim edir.

A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.

Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.

Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.

# 205 dəfə oxunub

Müəllifin son yazıları

# # #