Amerikalı rejissor animasiyaya qayıdır - 13 ildən sonra

Amerikalı rejissor  animasiyaya qayıdır - 13 ildən sonra
4 iyul 2025
# 13:40

Amerikalı rejissor Tim Börton 13 ildən sonra ilk dəfə animasiya filmi üzərində işlədiyini açıqlayıb.


Kulis.az xəbər verir ki, Börton animasiyanın onu həqiqətən də ilhamlandıran bir sahə olduğunu deyib.


Rejissorun son animasiya işi 2012-ci ildə ekranlara çıxmış “Frankenvini” adlı dirildilmiş bir it haqqında olan tammetrajlı film olub.

O, həmçinin rejissor Henri Selikin çəkdiyi məşhur “Yeni il öncəsi kabusu” (“The Nightmare Before Christmas”) animasiya filminin ssenari müəllifi olub. Daha sonra eyni estetika ilə çəkilmiş “Corpse Bride” animasiya filminə də özü rejissorluq edib.


Qeyd edək ki, Bertonun son rejissor işi 2024-cü ildə çıxan “Beetlejuice Beetlejuice” filmidir.


# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #