Amerikalı müğənni vəfat etdi

Barret Stronq

Barret Stronq

30 yanvar 2023
# 11:30

Amerikalı müğənni-bəstəkar Barret Stronq bazar günü vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, onun 81 yaşı var idi.

Strong yaradıcılığa 1959-cu ildə başlayıb. Həmin ilin sonunda o, rok klassikasına çevrilən Money (That's What I Want) mahnısını yazıb. Həmin mahnını “The Beatles” və “The Rolling Stones” kimi məşhur qruplar ifa edib.

2011-ci ildə “Rolling Stones” jurnalı mahnını bütün zamanların 500 ən böyük mahnısı siyahısında 294-cü yerə qoyub.

# 769 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #