Hollivudun ən prestijli mükafatlarından biri olan Oskar mükafatlarından 1 ay əvvəl təqdim edilən Amerika Prodüserlər Gildiyasının Mükafatlarının qalibləri açıqlanıb.
Kulis.az xəbər verir ki, məşhur aktyor Tom Kruz “Ömür Boyu Müvəffəqiyyət” , "Everything Everywhere All at Once" filmi isə ən yaxşı film mükafatına layiq görülüb.
Hollivudun aparıcı prodüserləri tərəfindən verilən Amerika Prodüserlər Gildiyası Mükafatları Los Ancelesdəki Beverly Hilton otelində təşkil edilən mərasimdə sahiblərinə təqdim olunub.
Pandemiya dövründə nümayiş olunan "Top Gun: Maverick" filmi ilə rəğbətləri toplayan Kruz çıxışında televiziya və kino prodüserlərinə təşəkkür edib.