Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyəti Şuşaya səfər etdi

Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyəti Şuşaya səfər etdi
20 aprel 2023
# 11:35

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Kulis.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti bu gün Şuşa şəhərinə səfər edib. Qonaqlar Şuşanın tarixi yerlərində olub, onlara şəhərin tarixi, işğal dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti Bülbülün, Xurşid Banu Natəvanın və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət edib. Xurşid Banu Natəvanın işğal dövründə dağıdılmış ev-muzeyində olublar.

Qeyd edək ki, nümayəndə heyəti dünən Cəbrayıl rayonunda olub, Xudafərin körpüsünü ziyarət edib.

Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

# 789 dəfə oxunub

Müəllifin son yazıları

# # #