Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olundu

Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olundu
25 oktyabr 2023
# 13:21

Oktyabr ayının 24-də Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Münhen Dağ Yəhudiləri İcmasının təşəbbüsü ilə Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası" filminin təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.

Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.


# 903 dəfə oxunub

Müəllifin son yazıları

# # #