Alla Puqaçova xarici agent ola bilmədi

Alla Puqaçova xarici agent ola bilmədi
30 iyul 2024
# 11:04

Deputat Aleksey Juravlev müğənninin xarici agentlər siyahısına əlavə edilməsi üçün müraciət etmişdi. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi isə müğənni Alla Puqaçovanın xarici agentlər siyahısına əlavə edilməsi üçün heç bir əsas tapmayıb.

Kulis.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirinin müavini Oleq Sviridenko deputat Aleksey Juravlevə cavab məktubunda yazıb:

"Hazırda Rusiya Ədliyyə Nazirliyinin sərəncamında mövcud qanunvericiliyin bu öhdəliklərin baş verməsini (xarici agent kimi tanınma) ilə əlaqələndirdiyi halların mövcudluğu barədə nəticə çıxarmağa imkan verən məlumat yoxdur".

O əlavə edib ki, xarici agentin əlamətləri aşkar olunarsa, Puqaçova reyestrə daxil ediləcək.

# 516 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #