Alen Delonun sənət kolleksiyası dəyərindən iki dəfə baha satıldı

Alen Delonun sənət kolleksiyası dəyərindən iki dəfə baha satıldı
23 iyun 2023
# 15:20

Aktyor Alen Delonun sənət kolleksiyası 8 milyon avroya satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiya Parisdəki "Bonhams-Cornette de Saint Cyr" hərrac evində gözlənilən qiymətdən iki dəfə baha qiymətə əlda edilib.

Nəticələrə təəccüblənməyən auksionçu Arno Kornet "Delon böyük kolleksiyaçı, aktyor, 60-cı və 70-ci illərin rəsmlərinin ən böyük alıcılarından idi" deyib.

Qeyd edək ki, Alen Delon 2007-ci ildən əsərlərini satır. Onun sözlərinə görə, ölümündən sonra satışın olmasını istəmir.

.

# 688 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #