“Aleksandr Puşkinin hekayəsi” filminin nümayiş tarixi açıqlandı

“Aleksandr Puşkinin hekayəsi” filminin nümayiş tarixi açıqlandı
13 dekabr 2023
# 18:20

Böyük rus şairi, dramaturq və nasiri Aleksandr Puşkin haqqında musiqili janrda ekranlaşdırılan “Aleksandr Puşkinin hekayəsi" filminin premyerasının 2025-ci il fevralın 13-də keçirilməsi planlaşdırılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmdə Aleksandr Puşkin obrazını Yuri Borisov, şairin həyat yoldaşı Nataliya Qonçarovanı isə Alena Dolqolenko canlandıracaq.

Rejissor Feliks Umarovun lentə aldığı “Aleksandr Puşkinin hekayəsi” adlı filmdə şairin tələbə vaxtlarından ölümcül duelə qədər olan həyatı haqqında genişmiqyaslı hekayə təqdim ediləcək.

Qeyd edək ki, çəkilişlər Sankt-Peterburq və şəhərətrafı ərazilərdə, o cümlədən ədibin ev-muzeyində aparılacaq.

Filmin, həmçinin, Kai Goetz, Roman Vasilyev, Alena Dolgolenko, Anya Çipovskaya, İlya Lyubimov, Yevgeni Şvarts, Sergey Gilev, Florian Desbiendra və İlya Vinoqorski kimi aktyorlar da oynayacaq.

# 572 dəfə oxunub

Müəllifin son yazıları

# # #