Al Paçino: "Harrison Ford karyerasını mənə borcludur"

Al Paçino:  "Harrison Ford karyerasını mənə borcludur"
21 aprel 2023
# 11:20

20-ci əsrin ən böyük və ən nüfuzlu aktyorlarından biri hesab edilən Al Paçino, "Ulduz döyüşləri" franşizasının başlanğıcında Han Solo rolundan imtina etdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

“Xaç atası” filminin ulduzunun xatirələrinə görə, o, yüksələn Hollivud ulduzu kimi Corc Lukas layihəsinə çağırılıb və Paçinoya böyük qonorar təklif edilsə də, süjeti anlaya bilmədiyi üçün "Ulduz döyüşləri"ndən imtina edib.

“ "Xaç atası" çıxandan sonra mən artıq populyarlaşmışdım və kino sənayesində o qədər tələbat var idi ki, mənə bütün yeni layihələrdə rol təklif etdilər. Amma “Ulduz döyüşləri”ndə Han Solonun rolundan imtina etdim, çünki filmin nə haqqında olduğu barədə heç bir fikrim yox idi. Mənə çoxlu pul təklif etdilər, amma başa düşdüm ki, bu, mənlik deyil. Nəticədə həmkarım Harrison Ford Solo rolunu oynadı. Buna görə o, karyerasını mənə borcludur”, - deyə Paçino qeyd edib.

# 749 dəfə oxunub

Müəllifin son yazıları

# # #