Tanınmış fransalı aktyor Jerar Depardye Rusiyanı tərk edib və Ukrayna ordusu üçün pul ianə edib.
Kulis.az xəbər verir ki, bu barədə aktyorun özü xəbər verib.
“Mən rusiyalı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm”, - deyə Depardye bildirib.
Aktyor həmçinin Fransa hökumətinə müraciət edərək onlardan “müharibədən qaçqın statusu” vermələrini istəyib.
Qeyd edək ki, 2013-cü ildə Rusiyaya köçən Depardye Rusiyanın Ukraynaya hücumunu elə ilk günlərdən pisləyib və Rusiya Prezidenti Vladimir Putini kəskin tənqid edib.