AKİ-nin maliyyə ayırdığı “Nəvə” tammetrajlı sənədli film layihəsi Balkan regionunun ən nüfuzlu festivallarından hesab edilən XVIII BelDocs Beynəlxalq Sənədli Film Festivalının pitçinq forumunda iştirak hüququ qazanmmışdı.
Kulis.az xəbər verir ki, aprelin 23-də sözügedən layihə pitçinq forumunun qalib layihələrindən biri olub.
Münsiflər Heyəti üzvlərinin – Yasmin Basic (Vision du reel), Karmen Vicencio (Amerika Sənədli Filmi AMDOC) və Diana Karklinin (Rise and Shine) qərarına əsasən, “Nəvə” layihəsi Avropa Sənədli Film Asosasiyasının “Talent Encouragement Award” mükafatına layiq görülüb.
Sənədli filmin ideya və ssenari müəllifi Afaq Yusifli, prodüseri Murad Allahverdidir.
Qeyd edək ki, sənədli film layihəsinin forumda iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.