Akademik Zemfira Səfərova haqqında kitab nəşr edilib

Akademik Zemfira Səfərova haqqında kitab nəşr edilib
19 mart 2025
# 09:30

Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadənin akademik Zemfira Səfərovanın musiqişünaslıq fəaliyyəti və müasir Azərbaycan musiqi elminin inkişaf mərhələlərinə həsr olunan kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda Zemfira Səfərovanın həyat və elmi-təşkilatı fəaliyyətinin əsas mərhələləri, istiqamətləri barədə ətraflı məlumat verilib.

Ülkər Talıbzadə bildirir ki, Azərbaycanda müasir musiqişünaslığın inkişafında elmin mühüm və aktual problemlərinin tədqiqatçısı görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, akademik Zemfira Səfərovanın müstəsna xidmətləri var.

Qeyd edək ki, Zemfira Səfərovanın mənbəşünaslıq sahəsində apardığı elmi axtarışları, tədqiqatları "Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)" kimi fundamental bir əsərin yaranması ilə zirvəyə çatıb.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

# # #