Akademik Musiqili Teatrın kollektivi ilə görüş keçirildi

Akademik Musiqili Teatrın kollektivi ilə görüş keçirildi
12 mart 2022
# 16:40

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan ölkəsində keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurla çıxış etmiş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinin bir qrup üzvü ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, Əməkdar artistlər: Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar: Gülcahan Salamova, Gülnarə Abdullayeva, Səmədzadə Xasiyev və teatrın quruluşçu rejissoru Samir Qulamov iştirak ediblər.

İran Mədəniyyət Mərkəzinin sədri "Fəcr" kimi nüfuzlu beynəlxalq tədbirdə uğurlu iştirakına görə teatr kolektivini təbrik edib, onlara xoş və səmimi arzularını bildirib. İki ölkə arasında mədəni əlaqələrin vacibliyindən danışan Q.Purmərcan son vaxtlar pandemiyanın yaratdığı məhdudiyyətlər fonunda teatrın bu festivalda iştirakının xüsusi əhəmiyyətindən söz açıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #