Akademik Milli Dram Teatrında yeni premyera

Akademik Milli Dram Teatrında yeni premyera
4 oktyabr 2022
# 16:07

Oktyabrın 6-da Akademik Milli Dram Teatrında “Yay günü” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Slavomir Mrojekin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunacaq.

Yeni yaradıcılıq işinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada aktyorlar Ramin Şıxəliyev, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edirlər.

# 1275 dəfə oxunub

Müəllifin son yazıları

# # #