Ağalar Bayramov xəstəxanadan evə buraxıldı

Ağalar Bayramov

Ağalar Bayramov

15 fevral 2023
# 18:30

Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb.

Kulis.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi Günay Quluzadə deyib.

Onun sözlərinə görə, sənətçinin səhhəti qaydasındadır: “Aktyorun səhhəti normallaşıb, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Əməkdar artist Ağalar Bayramov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun beynində qansızma var idi.

# 1329 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #