“Ağ papaqlı kəndli qadının portreti” tablosu 4,5 milyon avroya satıldı

“Ağ papaqlı kəndli qadının portreti”  tablosu 4,5 milyon avroya satıldı
11 mart 2024
# 11:00

Niderlandın Maastrixt şəhərində keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.

Kulis.az xəbər verir ki, əsərin satıcısı Yeni Orleandan olan Amerika qalereyaçısı M. S. Rau olub.

Qeyd edək ki, hələlik alıcının kimliyi bəlli deyil.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

# # #