Adını içimdə çəkirəm - Xosrov Natil

Adını içimdə çəkirəm - Xosrov Natil
11 mart 2024
# 16:00

Kulis.az Xosrov Natilin "Adını içimdə çəkirəm" şeirini təqdim edir.

Adına Leyla dedim öz adın dura-dura
adını da qısqandım kimsə bilməsin guya
bir il də gəldi keçdi, soyudu kolgəmiz də,
gecələri gözümdə acı-şirin laylalar-
yastığında göz yaşı,
döşəyində qrov, qar.

Adınla çağırmadım sənin çiçək adını
Adını gizlətdim bu sarımtıl payızdan
Adını gizlətdim oğuldan , qızdan
Adını gizlətdim, bacımdan, qardaşımdan
Ötüb keçən ilimdən, yaşımdan- 60ımdan.

Ocaq ayı da bitdi
Gəldi qısa – uzun ay,
kiçik çillənin qarı -
bu qışın ilk nübarı
üşütdü təkliyimi.
– gör nə vaxtdı getmisən
hamı da elə bilir...
Hamı sənin adını hələ də Leyla bilir.

# 818 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #