Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Xaçmaz, Qusar və Quba rayonlarında olub.
Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzinə, uşaq musiqi və incəsənət məktəblərinə, muzey və klublara, kitabxanalara baxış keçirilib. Yaradılan şəraitdən səmərəli istifadə olunması, nəticəyönümlü fəaliyyət və işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.
- Həyat yoldaşı filmlərə çəkilməyini qadağan etdi, oğlunun erməni aktyor haqqında çəkdiyi filmə görə qınanıldı – Ona eşq elan edən aktyor kim idi?
- Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri
- "Avroviziya 2024" şərhçimiz o olacaq
Qusar rayonunda Uşaq İncəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun 43 kənd və qəsəbə kitabxana filialları, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, eləcə də 14 Mədəniyyət evi və 38 klub fəaliyyət göstərir. Rayondakı mədəniyyət müəssisələrinin bir qismi və tarixi irsimizi əks etdirən tikililərə baxış keçirilib. İşlək mexanizmlərin tətbiqi üçün bölgəyə xas olan yaradıcılıq istiqamətlərinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib. Qusar rayonunun Əniq kəndi ərazisindəki XIII əsrə aid qala divarlarının qalıqları və məscidə də baxış keçirilib.
Quba Heydər Əliyev Mərkəzindəki təmir işlərinin gedişatı ilə maraqlanılıb, Yaşıl teatr və Bayraqlar muzeyinə, eləcə də "Günbəzli hamam"a baxış keçirilib. XVIII-XIX əsrlərə aid edilən hamamın tanıdılması və mühafizəsinin təşkili ilə bağlı müvafiq göstərişlər verilib.