Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək

Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
27 may 2024
# 19:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyunun 14-də saat 10:00-da Samux şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 165) Samux, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Kulis.az xəbər verir ki, vətəndaşlar 2024-cü il iyunun 10-dək Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (022) 266-29-48, daxili 110 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

# 491 dəfə oxunub

Müəllifin son yazıları

# # #