Dünya şöhrətli müğənni Adel hazırkı konsert turunu başa vurduqdan sonra uzun yaradıcılıq fasiləsi elan edib.
Kulis.az-ın xarici mediaya istinadən xəbərinə görə, britaniyalı müğənni avqustun 31-də Münhendəki çıxışında bu barədə məlumat verib.
O deyib: “Son yeddi ili yeni həyat qurmaqla keçirmişəm və indi də yaşamaq istəyirəm”.
- Kamal Abdulla: "Çingiz Abdullayev bəyəm AYB-də işləyir?" MÜSAHİBƏ
- Aqşin Fatehin yalançı dindarlığı
- Teylor Svift yenə zirvədədir
Sənətçinin sözlərinə görə, yaradıcılıqda fasiləyə səbəb onun üç ilə yaxın davam edən qastrol səfəri olub. Adelin uzun fasilədən əvvəl son çıxışı noyabrın 23-nə planlaşdırılan Las-Veqasda konserti olacaq.