Fotoqraflar üçün müsabiqə

Fotoqraflar üçün müsabiqə
11 may 2020
# 12:24

Kaliforniya Elmlər Akademiyasının “BigPicture” təşkilatı gənc fotoqraflara təbiətin qorunması, elm və davamlılığın inkişafı mövzularında fotoşəkillər çəkmək üçün qrant elan edib.

Gənc fotoqraflar üçün qrant müraciətləri mayın 31-dək qəbul edilir və hər bir müraciətə portfolio və qısa layihə təsvirinin də daxil edilməsi tələb olunur.

İyulda 2500 ABŞ dolları məbləğində iki qrant təltif ediləcək. Qrantların köməyi ilə hazırlanan əsərlər Kaliforniya Elmlər Akademiyasında təşkil ediləcək “BigPicture 2021” sərgisində nümayiş olunacaq.

Müsabiqəyə dünyanın istənilən yerindən 18-25 yaş arasında olan bütün fotoqraflar müraciət edə bilər.

Ətraflı məlumatı bigpicturecompetition.org ünvanından əldə etmək olar. /azertag.az/

# 1965 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #