Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi
24 noyabr 2026
# 15:46

"Theranos" şirkətinin qurucusu Elizabet Holms haqqında çəkilən “You Can See Everything” sənədli filmi dünya prokatında 100 milyon dollar həddini keçib.

Kulis.az xəbər verir ki, Natan Filder və Lens Oppenhaymın rejissorluq etdiyi ekran əsəri sənədli kino üçün nadir kommersiya uğurlarından birinə imza atıb.

Filmin dünya üzrə gəliri 100 milyon dolları ötüb və bu nəticə onu ən çox gəlir gətirən sənədli ekran işləri sırasında önə çıxarıb.

Təxminən 7 milyon dollar büdcə ilə çəkildiyi bildirilən film Holmsun həyatını, "Theranos" şirkətinin yüksəlişini və investorların aldadılması ilə bağlı qalmaqallı prosesi izləyir. Ekran əsərinin yaradıcıları bir neçə il ərzində Holmsun həyatına və məhkəmə proseslərinə dair materiallar toplayıblar. Film onun texnologiya dünyasında gənc və uğurlu sahibkar kimi təqdim edilməsindən tutmuş, şirkətinin dağılmasına və həbs cəzasına qədər uzanan yolu göstərir.

Sənədli filmin belə böyük auditoriya toplaması tamaşaçıların real hadisələrə, biznes dünyasının qaranlıq tərəflərinə və məşhur şəxslərin süqut hekayələrinə marağını bir daha nümayiş etdirir.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər