Rejissorlar Andrey Zvyagintsev və Kantemir Balagovla birlikdə yeni film üzərində işləyəcəklər.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə prodüser Aleksandr Rodnyanski məlumat verib. O, bildirib ki, yeni filmin layihəsi 2022-ci üçün nəzərdə tutulub.
Xatırladaq ki, ingilis dilində ekranlaşdırılacaq “What Happens” adlı film Andrey Zvyagintsevin ingilis dilində çəkilən ilk filmi olacaq.