Şair, yazıçı Zahid Xəlillə məktəblilərin virtual görüşü baş tutub.
Kulis.az xəbər verir ki, gənc şair, Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sonuncu Orxanın təşəbbüsü ilə yazıçılarla şagirdlərin virtual görüşünə start verilib.
Onlayn görüş layihəsinin ilk qonağı olan Zahid Xəlil məktəbin 5-ci, 6-cı və 7-ci sinif şagirdləri ilə uşaq ədəbiyyatı, dərsliklərdəki mətnlər və digər mövzularda söhbət ediblər. Görüş ərzində şagirdlər Zahid Xəlilin şeirlərini səsləndirib, həmçinin yazıçıya maraqlı suallar ünvanlayıblar.
- Azərbaycanlı professordan iki məşhur romanın adına etiraz
- Qorxduğu rəqəm ölüm tarixi oldu, həkimlərin səhvinə görə həyatını itirdi, öldüyü gün şəhər yolunu bağladılar
- Dişi canavar – İvaylo Petrovun hekayəsi
Xatırladaq ki, yazıçılarla şagirdlərin virtual görüş layihəsi davam edəcək.