Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun “Gilavar” adlı yeni kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, kitaba müəllifin son illərdə qələmə aldığı “Gilavar” romanı, “Sibir toyu”, “Meymun oyunu”, “Bəyaz qaranlıq”, “Qan qoxusu” və digər hekayələr daxildir.
“Gilavar” dənizdən əsən mülayim Cənub küləyidir, Moryana adı ilə də tanınır. Özü ilə ilıqlıq gətirir. Oxucu dənizdən əsən küləyin ilıqlığını roman boyu hadisələrin dinamik inkişafında, təsvirində, müxtəlif taleli, fərqli xarakterli insanların ədəbi-bədii obrazlarının canlılığında duyur, hiss edir.
Kamil Əfsəroğlu çağdaş ədəbiyyatımızda realizm ənənəçiliyinin davamçısı, fərdi üslubu ilə seçilən nasirlərdəndir. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Yazıçı çağdaş ədəbiyyatımızda baş verənləri, müasir insanın cəmiyyətdəki yerini, mövqeyini göstərməklə yanaşı, yaxın tariximizin kölgədə qalmış mənzərələrini də uğurla canlandırır. /azertag.az/