Yazıçılarımızın əsəri beynəlxalq müsabiqənin uzun siyahısında

Yazıçılarımızın əsəri beynəlxalq müsabiqənin uzun siyahısında
16 oktyabr 2020
# 13:21

Azərbaycanlı yazıçılar İsmayıl İmanın və Ülviyyə Heydərovanın əsərləri Moskvada keçirilən "İlkin hadisə - XXI əsr" Müasir Beynəlxalq Dram Müsabiqəsinin uzun siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, yazıçı İsmayıl İman müsabiqəyə "Yaponiyada böyük", "XXI əsr" nominasiyasında, Ülviyyə Heydərovanın "Pələng" əsəri isə "Tənha Sənətçi" nominasiyasında yarışır.

"XXI əsr" nominasiyasında müasirlik haqqında əvvəllər çap olunmayan və teatr səhnəsinə qoyulmayan pyeslər iştirak edir.

"Tənha Sənətçi" nominasiyasında isə əvvəllər nəşr olunmayan və səhnəyə qoyulmayan mono-pyeslər iştirak edir.

# 1793 dəfə oxunub

Müəllifin son yazıları

# # #