Yazıçı status yazıb özünü asdı

Yazıçı status yazıb özünü asdı
11 dekabr 2020
# 12:24

Təcavüzlə ittiham olunan türkiyəli yazar İbrahim Çolak intihar edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 51 yaşlı yazıçı özünü evindəki qaz borusundan asaraq həyatına son qoyub.

Yazıçı sosial şəbəkə profilindəki son paylaşımı ilə intihar edəcəyi ilə bağlı mesaj vermişdi. Paylaşımın mətnini sizə təqdim edirik:

"Özümü belə bir sona hazırlamamışdım. Yaxşı insan olmaq istəyirdim, amma bacarmadım. Saatlarla, günlərlə yaza bilərəm, amma bu heç nəyi geri qaytarmayacaq. Artıq həyat yoldaşımın, övladlarımın, dostlarımın üzünə baxa bilmərəm. Heç kim günahkar deyil. Başqalarına dediyim "özümüzə yaraşanı edək" düsturuna özüm əməl edə bilmədim deyə peşmanam. Məni sevən, dəyər verən dostlarıma, xüsusən də əziyyətimi çəkən xanımıma və övladlarıma özünüzdən muğayat olun deyirəm"

Qeyd edək ki, Tvitterdə "Leylasalinger" adlı bir izləyici yazıçını təcavüzlə ittiham etmişdi. Yazıçının cəsədi tibbi ekspertizaya göndərilib.

# 2795 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #